Azərbaycan respublikası daxİlİ İşlər nazİrlİyİ

BAŞ PASPORT, QEYDİYYAT
VƏ MİQRASİYA İDARƏSİ

Şəxsiyyət vəsiqəsini itirdikdə nə etməli?

Vətəndaş şəxsiyyət vəsiqəsini itirdikdə onu harada nə vaxt və hansı şəraitdə itirdiyini göstərməklə yaşayış yeri   üzrə  qeydiyyatda   olduğu  ərazinin   polis   orqanına  yazılı məlumat verməlidir.  Bu  zaman  şəxsiyyət vəsiqəsini itirən  vətəndaş 2 saylı ərizə forması dolduraraq onu  25x30 mm ölçüdə 3 (üç) ədəd rəngli fotoşəkil və dövlət rüsumunun ödənilməsi barədə qəbzlə Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi xidmətinə təqdim etməlidir.


Şəxsiyyət vəsiqəsini itirmiş vətəndaşa yeni şəxsiyyət vəsiqəsi verildikdən sonra itirdiyi şəxsiyyət vəsiqəsini taparsa, onu polis orqanına təhvil verməlidir. Şəxsiyyət vəsiqəsinin və pasportun itirilməsinə və ya qəsdən korlanmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 331-ci maddəsinə əsasən 30 manat miqdarda cərimə edilir.

Şəxsiyyət vəsiqəsi oğurlandıqda vətəndaş bu barədə cinayətin baş verdiyi ərazinin polis orqanına müraciət etməli və həmin orqandan ona verilmiş oğurlanma faktını təsdiq edən arayışı yaşayış yeri üzrə qeydiyyatda olduğu ərazi polis orqanına təqdim etdikdən sonra ona şəxsiyyət vəsiqəsi verilir.
 
Yeni şəxsiyyət vəsiqəsinin verilməsinə görə də dövlət rüsumu ödənilir:

  • 3 iş gününə – 10 manat;
  • 3 iş günündən sonrakı müddətə – 1 manat.

 

Regİonal İdarə və şöbələr ətraflı
Elektron növbəyə yazıl daxİl ol