Azərbaycan respublikası daxİlİ İşlər nazİrlİyİ

BAŞ PASPORT, QEYDİYYAT
VƏ MİQRASİYA İDARƏSİ

Ümumvətəndaş pasportu itib və ya korlanıbsa? 

Ümumvətəndaş pasportu itdikdə vətəndaş pasportu verən dövlət orqanlarına dərhal məlumat verməlidir.

Belə hadisə xaricdə baş verərsə, vətəndaş Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və ya konsulluğuna müraciət etməlidir. Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə birlikdə vətəndaşı qısa müddət ərzində Azərbaycan Respublikasına qayıtmaq hüququ verən sənədlə təmin edirlər.

Qeyd edək ki, Azərbaycan Respublikası İnzibati Xətəlar Məcəlləsinin 331-ci maddəsinə əsasən ümumvətəndaş pasportunun və ya Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin itirilməsi və ya qəsdən korlanmasına görə 30 manat cərimə müəyyən edilib.

Vətəndaş vəfat etdikdə onun pasportu, habelə etibarlıq müddəti qurtarmış pasportlar müvafiq dövlət orqanına təhvil verilməlidir.

 

 

Regİonal İdarə və şöbələr ətraflı
Elektron növbəyə yazıl daxİl ol