Azərbaycan respublikası daxİlİ İşlər nazİrlİyİ

BAŞ PASPORT, QEYDİYYAT
VƏ MİQRASİYA İDARƏSİ

Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi

 

Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi Azərbaycan vətəndaşlarının qeydiyyatı, şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportu ilə təmin edilməsini, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin yaşayış və olduqları yer üzrə qeydiyyatını, onların müvafiq şəxsiyyət vəsiqələri ilə təmin olunmasını, həmçinin qanunsuz miqrasiya ilə bağlı əməliyyat tədbirlərinin keçirilməsini, qanunsuz miqrantların saxlanılması, cərimələnməsi və ya ölkədən deportasiyası üçün Dövlət Miqrasiya Xidmətinə təhvil verilməsini həyata keçirən müstəqil struktur hissədir.

Baş İdarənin “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən regional qrupları, eləcə də Naxçıvan, Lənkəran, Göyçay, və Şirvan şəhərlərində yerləşən regional şöbələri Azərbaycan Respublikası vətəndaşlarına ümumvətəndaş pasportlarının verilməsini həyata keçirirlər.

 

Regİonal İdarə və şöbələr ətraflı
Elektron növbəyə yazıl daxİl ol