Baş pasport, qeydiyyat və miqrasiya idarəsi

Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi

Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi Azərbaycan vətəndaşlarının qeydiyyatı, şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportu ilə təmin edilməsini, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin yaşayış və olduqları yer üzrə qeydiyyatını, onların müvafiq şəxsiyyət vəsiqələri ilə təmin olunmasını, həmçinin qanunsuz miqrasiya ilə bağlı əməliyyat tədbirlərinin keçirilməsini, qanunsuz miqrantların saxlanılması, cərimələnməsi və ya ölkədən deportasiyası üçün Dövlət Miqrasiya Xidmətinə təhvil verilməsini həyata keçirən müstəqil struktur hissədir.

İdarənin Bakı ilə yanaşı, Gəncə, Naxçıvan, Şəki, Lənkəran, Göyçay, Bərdə, Şirvan, Şamaxı və Quba şəhərlərində yerləşən regional şöbələrində də Azərbaycan Respublikası vətəndaşlarına ümumvətəndaş pasportlarının verilməsi həyata keçirilir.





Çap et  Çap et