Azərbaycan respublikası daxİlİ İşlər nazİrlİyİ

BAŞ PASPORT, QEYDİYYAT
VƏ MİQRASİYA İDARƏSİ

Dəyişdirilmə qaydaları

Ümumvətəndaş pasportunun dəyişdirilmə qaydaları

"Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar" haqqında Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən, ümumvətəndaş pasportu aşağıdakı hallarda dəyişdiriməlidir:

  • Vətəndaşın soyadı, adı, atasının adı dəyişdirildikdə;
  • Pasportdakı yazılarda dəqiqsizlik müəyyən edildikdə;
  • Pasport yararsız hala düşdükdə.

Vətəndaş ümumvətəndaş pasportunu dəyişdirmək üçün müraciət edərkən aşağıdakı sənədlər tələb olunur:  

  • Şəxsiyyət vəsiqəsi;
  • 18-35 yaş hədlərində hərbi mükəlləfiyyətdən azad edilmə barədə hərbi bilet və ya hərbi komissarlıq tərəfindən möhlət hüququ verilməsi qeydi ilə bağlı çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqə (pripisnoy və ya ağ bilet);

Qeyd edək ki, yeni pasport verilərkən vətəndaşa verilmiş əvvəlki pasportu təhvil vermək təklif olunur. Əgər pasport itirilib və ya qəsdən korlanıbsa bu zaman BPQMİ və ya regional şöbələrin əməkdaşları tərəfindən inzibati xəta haqqında protokol tərtib olunur və vətəndaş qanunvericiliyə əsasən cərimə edilir.Azərbaycan Respublikası İnzibati Xətəlar Məcəlləsinin 331-ci maddəsinə əsasən ümumvətəndaş pasportunun və ya Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin itirilməsi və ya qəsdən korlanmasına görə 30 manat cərimə müəyyən edilmişdir.

 

Ümumvətəndaş pasportunun üzərindəki məlumatlarda yanlışlıq, cipində nasazlıq olduqda vətəndaş pasportu aldığı idarəmizə müraciət edərək 1 iş günü müddətində ödəniş etmədən dəyişdirə bilər. 

Regİonal İdarə və şöbələr ətraflı
Elektron növbəyə yazıl daxİl ol