Baş pasport, qeydiyyat və miqrasiya idarəsi

Dəyişdirilmə qaydaları

Ümumvətəndaş pasportunun dəyişdirilmə qaydaları

Pasportlar haqqında Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən, ümumvətəndaş pasportu aşağıdakı hallarda dəyişdiriməlidir:

  • Vətəndaşın soyadı, adı, atasının adı dəyişdirildikdə;
  • Pasportdakı yazılarda dəqiqsizlik müəyyən edildikdə;
  • Pasport yararsız hala düşdükdə.

Vətəndaş ümumvətəndaş pasportunu dəyişdirmək üçün müraciət edərkən aşağıdakı sənədlər tələb olunur:

  • Şəxsiyyət vəsiqəsi;
  • 18-35 yaş hədlərində hərbi mükəlləfiyyətdən azad edilmə barədə hərbi bilet və ya hərbi komissarlıq tərəfindən möhlət hüququ verilməsi qeydi ilə bağlı çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqə (pripisnoy və ya ağ bilet);

Qeyd edək ki, yeni pasport verilərkən vətəndaşa verilmiş əvvəlki pasportu təhvil vermək təklif olunur.

Ümumvətəndaş pasportunun üzərindəki məlumatlarda yanlışlıq, cipində nasazlıq olduqda vətəndaş pasportu aldığı idarəmizə müraciət edərək 1 iş günü müddətində ödəniş etmədən dəyişdirə bilər. 

 





Çap et  Çap et