Azərbaycan respublikası daxİlİ İşlər nazİrlİyİ

BAŞ PASPORT, QEYDİYYAT
VƏ MİQRASİYA İDARƏSİ

Pasportların verilməsi qaydaları

18 yaşı tamam olmuş vətəndaşlara ümumvətəndaş (xarici) pasportunun verilməsi üçün vətəndaşdan aşağıdakı sənədlər tələb olunur:

18-35 yaşlı kişilər üçün hərbi bilet və ya hərbi komissarlıq tərəfindən möhlət hüququ verilməsi qeydi ilə bağlı çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqə (pripisnoy və ya ağ bilet);

Şəxsiyyət vəsiqəsi;

Pasport Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxsin (şəxslərin) təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi, ölümü ilə bağlı hallarda iki iş günü müddətində verildikdə müvafiq təsdiqedici sənədlər;

 

- Təcili olaraq müalicə olunma zərurətini təsdiq edən səhiyyə orqanının məktubu;

- Təcili olaraq müalicəyə qəbul edilməsinin zəruriliyi barədə xarici ölkənin tibb müəssisəsinin məktubu (eyni zamanda xəstənin yaşayış yeri üzrə tibb müəssisəsinin tibbi rəyi də təqdim olunmalıdır);

- Qohumunun ağır xəstəliyi və ya ölümü faktını təsdiq edən xarici ölkənin tibb müəssisəsinin arayışı.

Ümumvətəndaş pasportu vətəndaş müraciət etdikdən sonra ödənilən dövlət rüsumunun məbləğinə uyğun olaraq 1, 5 və ya ən geci 10 iş günü müddətinə verilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən 18 yaşı tamam olmuş şəxslərə ümumvətəndaş pasportu verilməsi üçün dövlət rüsumu aşağıdakı kimi müəyyən edilmişdir:

  • 10 iş gününə - 40 manat;
  • 5 iş gününə - 80 manat;
  • 1 iş gününə - 160 manat.

Qeyd: Ümumvətəndaş pasportunda, o cümlədən onun elektron daşıyıcısında göstərilən məlumatlarda xəta müəyyən olunduqda, həmin pasport təqdim edildiyi vaxtdan bir gün müddətində dövlət rüsumu alınmadan dəyişdirilir.

 

Ümumvətəndaş pasportu ödənilən rüsumun məbləğinə uyğun olan müddətdə hazırlanılır və hazır olduqda vətəndaşa bu barədə bildiriş SMS-i göndərilir. Vətəndaşlar ümumvətəndaş pasportunu təhvil almaq üçün həftənin istənilən günü şəxsiyyət vəsiqəsilə idarəyə yaxınlaşa bilərlər. 

Regİonal İdarə və şöbələr ətraflı
Elektron növbəyə yazıl daxİl ol