Baş pasport, qeydiyyat və miqrasiya idarəsi

Şəxsiyyət vəsiqəsini itirdikdə nə etməli?

Vətəndaş şəxsiyyət vəsiqəsini itirdikdə onu harada nə vaxt və hansı şəraitdə itirdiyini göstərməklə yaşayış yeri   üzrə  qeydiyyatda   olduğu  ərazinin   polis   orqanına  yazılı məlumat verməlidir.  Bu  zaman  şəxsiyyət vəsiqəsini itirən  vətəndaş 2 saylı ərizə forması dolduraraq onu  25x30 mm ölçüdə 3 (üç) ədəd rəngli fotoşəkil və dövlət rüsumunun ödənilməsi barədə sənədi Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi xidmətinə təqdim etməlidir.

Şəxsiyyət vəsiqəsini itirmiş vətəndaşa yeni şəxsiyyət vəsiqəsi verildikdən sonra itirdiyi şəxsiyyət vəsiqəsini taparsa, onu polis orqanına təhvil verməlidir.

Şəxsiyyət vəsiqəsi oğurlandıqda vətəndaş bu barədə cinayətin baş verdiyi ərazinin polis orqanına müraciət etməli və həmin orqandan ona verilmiş oğurlanma faktını təsdiq edən arayışı yaşayış yeri üzrə qeydiyyatda olduğu ərazi polis orqanına təqdim etdikdən sonra ona şəxsiyyət vəsiqəsi verilir.
 
Şəxsiyyət vəsiqəsinin itirilməsinə və korlanmasına görə yeni şəxsiyyət vəsiqəsinin verilməsinə görə  dövlət rüsumu ödənilir:

  • 10 gün müddətinə – 15 manat;
  • 3 iş gününə – 35 manat;
  • 1 iş gününə – 45 manat;

 





Çap et  Çap et