Şəxsiyyət vəsiqəsini itirdikdə nə etməli?
Vətəndaş şəxsiyyət vəsiqəsini itirdikdə onu harada, nə vaxt və hansı şəraitdə itirdiyini göstərməklə yaşayış yeri üzrə qeydiyyatda olduğu ərazinin polis orqanına yazılı məlumat verməlidir. Bu zaman şəxsiyyət vəsiqəsini itirən vətəndaş 2 saylı ərizə forması dolduraraq onu 25x30 mm ölçüdə 3 (üç) ədəd rəngli fotoşəkil və dövlət rüsumunun ödənilməsi barədə qəbzlə Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi xidmətinə təqdim etməlidir.
Şəxsiyyət vəsiqəsini itirmiş vətəndaşa yeni şəxsiyyət vəsiqəsi verildikdən sonra itirdiyi şəxsiyyət vəsiqəsini taparsa, onu polis orqanına təhvil verməlidir
Şəxsiyyət vəsiqəsi oğurlandıqda vətəndaş bu barədə cinayətin baş verdiyi ərazinin polis orqanına müraciət etməli və həmin orqandan ona verilmiş oğurlanma faktını təsdiq edən arayışı yaşayış yeri üzrə qeydiyyatda olduğu ərazi polis orqanına təqdim etdikdən sonra ona şəxsiyyət vəsiqəsi verilir.
Şəxsiyyət vəsiqəsinin itirilməsinə və korlanmasına görə yeni şəxsiyyət vəsiqəsinin verilməsinə görə dövlət rüsumu ödənilir:
- 10 gün müddətinə – 15 manat;
- 3 iş gününə – 35 manat;
- 1 iş gününə – 45 manat;