Pasportun yoxlanılması
BPQMİ və onun regional şöbələrində quraşdırılmış müvafiq köşklər vasitəsilə vətəndaşlar pasportlarının aktiv olmasını yoxlaya bilərlər. Bu zaman pasportun ikinci səhifəsi, yəni vətəndaşın fotoşəkli və anket məlumatları olan səhifə köşkün monitoruna yaxınlaşdırılır və bir neçə saniyə ərzində pasport yoxlanılır.
Pasportunuzu əldə etdikdən sonra üzərində yazılmış məlumatları nəzərdən keçirməyiniz tövsiyə olunur.