Azərbaycan respublikası daxİlİ İşlər nazİrlİyİ

BAŞ PASPORT, QEYDİYYAT
VƏ MİQRASİYA İDARƏSİ

Şəxsiyyət vəsiqəsini itirdikdə nə etməli?

Vətəndaş şəxsiyyət vəsiqəsini itirdikdə, onu harada, nə vaxt və hansı şəraitdə itirdiyini göstərməklə, vəsiqə verən orqana yazılı məlumat verməlidir.

-Şəxsiyyət vəsiqəsini itirdiyini bildirən vətəndaş həmin vəsiqəni taparsa və ya itirilmiş şəxsiyyət vəsiqəsi yeni şəxsiyyət vəsiqəsi verildikdən sonra tapılarsa, tapılmış şəxsiyyət vəsiqəsi dərhal vəsiqə verən orqana təhvil verilməlidir.
- Vətəndaş şəxsiyyət vəsiqəsini itirdiyi barədə vəsiqə verən orqana yazılı müraciət etdikdə və onun şəxsiyyəti müəyyənləşdirildikdə, yeni şəxsiyyət vəsiqəsinin verilməsinə görə dövlət rüsumu ödənildikdən və şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anket doldurulduqdan sonra, vətəndaşa yeni şəxsiyyət vəsiqəsi verilir.

Şəxsiyyət vəsiqəsinin itirilməsinə və ya korlanmasına görə yeni şəxsiyyət vəsiqəsinin verilməsinə görə dövlət rüsumunun məbləği:

-    10 gün müddətində verildikdə 30 manat;
-    3  iş günü müddətində verildikdə 70 manat;
-    1 iş günü müddətində verildikdə 90 manat:
-   Şəxsiyyət vəsiqəsi oğurlandıqda, vətəndaş bu barədə cinayətin baş verdiyi yerin polis orqanına yazılı müraciət etməlidir. Belə ərizənin qəbul olunması haqqında vətəndaşa arayış verilir və bu arayış oğurlanmış şəxsiyyət vəsiqəsinin əvəzinə vətəndaşa yeni şəxsiyyət vəsiqəsinin verilməsi üçün əsas hesab edilir.

Regİonal İdarə və şöbələr ətraflı
Elektron növbəyə yazıl daxİl ol