BPQMİ-də Belarusiyadan gələn nümayəndə heyəti ilə görüş keçirilib
01.11.2018Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin nümayəndələri ilə Belarusiyadan gələn nümayəndə heyəti arasında görüşüb. BPQMİ-nin inzibati binasında baş tutan görüşdə Belarusiyanın Daxili İşlər Nazirliyinin Pasport və Vəsiqə sahəsi üzrə əməkdaşlarına BPQMİ-də yaradılan şəraitlə, xüsusilə də yeni nəsil biometrik vəsiqələrin verilməsi ilə bağlı informasiya verilib.
Tərəflər arasında şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportların verilməsi ilə əlaqədar fikir mübadiləsi aparılıb. Həmçinin innovasiyalar və qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub.
Qonaqlar BPQMİ-də yaradılan şəraitdən razılığını bildirib, görülən işləri bəyəniblər. Gələcəkdə bu cür innovasiyaların Belarusiyada da tətbiq olunacağını bildiriblər.