Azərbaycan Respublikası vətəndaşlarının olduğu yer üzrə qeydiyyatı qanunvericiliyə əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmadan aparılır
07.08.2019Azərbaycan Respublikası vətəndaşlarının olduğu yer üzrə qeydiyyatı qanunvericiliyə əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmadan aparılır.
Yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində olduğu yer üzrə qeydiyyata alınmaq üçün internet üzərindən DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin saytı vasitəsi ilə də olduğu yer üzrə qeydiyyata alına bilərlər.
Olduğu yer üzrə qeydiyyata alınma qaydası ilə aşağıdakı video çarxda tanış olmaq mümkündür.