Dəyişdirilmə qaydaları
Vətəndaşların şəxsiyyət vəsiqələri aşağıdakı hallarda dəyişdirilməlidir.
1. Vətəndaş şəxsiyyət vəsiqəsini itirdikdə.
- onu harada, nə vaxt və hansı şəraitdə itirdiyini göstərməklə yaşayış yeri üzrə qeydiyyatda olduğu ərazinin polis orqanına yazılı məlumat verməlidir. Bu zaman şəxsiyyət vəsiqəsini itirən vətəndaş 2 saylı ərizə forması dolduraraq onu 25x30 mm ölçüdə 3 (üç) ədəd rəngli fotoşəkil və dövlət rüsumunun ödənilməsi barədə qəbzlə Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi xidmətinə təqdim etməlidir.
Qeyd: Şəxsiyyət vəsiqəsini itirmiş vətəndaşa yeni şəxsiyyət vəsiqəsi verildikdən sonra itirdiyi şəxsiyyət vəsiqəsini taparsa onu polis orqanına təhvil verməlidir.
Şəxsiyyət vəsiqəsi oğurlandıqda vətəndaş bu barədə cinayətin baş verdiyi ərazinin polis orqanına müraciət etməli və həmin orqandan ona verilmiş oğurlanma faktını təsdiq edən arayışı yaşayış yeri üzrə qeydiyyatda olduğu ərazi polis orqanına təqdim etdikdən sonra ona şəxsiyyət vəsiqəsi verilir.
2. Vətəndaşlar 25-35-50 yaşına çatdıqda.
2 saylı ərizə forması, 3 ədəd rəngli fotoşəkil və dövlət rüsumunun ödənilməsi barədə qəbzi Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi xidmətinə təqdim etməlidir.
3. Vətəndaşın soyadı, adı, atasının adı, ailə vəziyyəti dəyişdikdə.
-2 saylı ərizə forması ilə birlikdə Qeydiyyat Şöbəsi orqanlarından verilmiş doğum haqqında şəhadətnamə və ya nigahın bağlanması, yaxud pozulması haqqında şəhadətnamə, vətəndaşın hərbi vəzifəsi dəyişdikdə hərbi bilet və ya təhkim şəhadətnaməsini, 3 ədəd rəngli fotoşəkil və dövlət rüsumunun ödənilməsi barədə qəbzi Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi xidmətinə təqdim etməlidir.
Şəxsiyyət vəsiqəsinin dəyişdirilməsinə görə dövlət rüsumu ödənilir:
- 10 gün müddətinə - 5 AZN
- 3 iş gününə - 25 AZN
- 1 iş gününə - 35 AZN