Azərbaycan respublikası daxİlİ İşlər nazİrlİyİ

BAŞ PASPORT, QEYDİYYAT
VƏ MİQRASİYA İDARƏSİ

Rəhbərlik

Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi polis polkovniki Əmirov Cəmil Arzuman oğlu

1971-ci ildə Dəvəçi (indiki Şabran) rayonunda anadan olmuşdur. 2001-ci ildə DİN-in Polos Akademiyasını fərqlənmə diplomu ilə bitirmişdir. 1989-1991-ci illərdə silahlı qüvvələrin sıralarında hərbi xidmət keçmişdir.

1996-cı ildən daxili işlər orqanlarında xidmət edir. 1996-2024-cü illərdə DİN-in müxtəlif struktur qurumlarında polis nəfəri vəzifəsindən başlayaraq inspektor, əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, təhqiqatçı, baş təhqiqatçı, bölmə rəisinin müavini, bölmə, şöbə və idarə rəisi kimi müxtəlif vəzifələrdə işləmişdir.
13.03.2024-cü il tarixdə DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi vəzifəsinə təyin olunmuşdur.

Cinayətkarlığa qarşı mübarizədə, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsində, içtimai təhlükəsizliyin mühafizəsində xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə dəfələrlə müxtəlif mükafatlara layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 01.07.2010-cu il tarixli sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.

Ailəlidir 3 övladı var.

 

Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəis müavini polis polkovniki Əliyev Anar Telman oğlu

1979-cu ildə Naxçıvan MR-in Naxçıvan şəhərində anadan olmuşdur. 2008-ci ildə DİN-in Polos Akademiyasını bitirmişdir. 2001-2002-ci illərdə silahlı qüvvələrin sıralarında hərbi xidmət keçmişdir.

2003-cü ildən daxili işlər orqanlarında xidmət edir. 2003-2021-ci illərdə DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində inspektor, baş inspektor, şöbə rəisi kimi müxtəlif vəzifələrdə işləmişdir.
08.02.2021-ci il tarixdə DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəis müavini vəzifəsinə təyin olunmuşdur.

Cinayətkarlığa qarşı mübarizədə, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsində, içtimai təhlükəsizliyin mühafizəsində xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə dəfələrlə DİN-in döş nişanı və fəxri fərmanları ilə müxtəlif mükafatlara layiq görülmüşdür.  

Ailəlidir 2 övladı var.

 

Regİonal İdarə və şöbələr ətraflı
Elektron növbəyə yazıl daxİl ol