Şəxsiyyət vəsiqəsinin dövlət rüsumları
15.08.2022Şəxsiyyət vəsiqəsi vətəndaşın “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ödədiyi dövlət rüsumunun məbləğinə müvafiq olaraq həmin qanunda nəzərdə tutulmuş müddətdə verilir və ya dəyişdirilir.
Şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə dövlət rüsumu:
10 gün müddətində verildikdə və ya dəyişdirildikdə - 5 AZN
3 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə - 50 AZN
1 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə - 70 AZN
Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə dövlət rüsumu:
10 iş günü müddətində verildikdə - 30 AZN
3 iş günü müddətində verildikdə - 70 AZN
1 iş günü müddətində verildikdə - 90 AZN
15 yaşı tamam olmamış Azərbaycan Respublikasının vətəndaşına şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödənilən dövlət rüsumları:
10 gün müddətində verildikdə və ya dəyişdirildikdə - 5 AZN
3 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə - 25 AZN
1 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə - 30 AZN