Azərbaycan respublikası daxİlİ İşlər nazİrlİyİ

BAŞ PASPORT, QEYDİYYAT
VƏ MİQRASİYA İDARƏSİ

Yeniliklər

Tapqaraqoyunlu və Qapanlı kəndlərinin sakinlərinə səyyar xidmət göstərilərək şəxsiyyət vəsiqələrinin verilməsi davam edir.

05.05.2016

04.05.2016-cı il tarixdə Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü və iştirakı ilə Goranboy və Tərtər rayon Polis Şöbələrinin əməkdaşları ilə birgə cəbhə bölgəsi ilə həmsərhəd olan Tapqaraqoyunlu və Qapanlı kəndlərinin sakinlərinə şəxsiyyət vəsiqəsinin verilməsi üçün keçirilmiş səyyar xidmət nəticəsində 96 kənd sakini müvafiq sənədlə təmin edilmişdir.

Səyyar xidmət zamanı ermənilər tərəfindən top və mərmilərlə evləri dağıdılmış kənd sakinlərinə xüsusi diqqət yetirilərək təmas xəttində yaşayan 3 nəfər kənd sakini yeni sənədlə təmin edilmişdir.

       

       

Regİonal İdarə və şöbələr ətraflı
Elektron növbəyə yazıl daxİl ol