Azərbaycan respublikası daxİlİ İşlər nazİrlİyİ

BAŞ PASPORT, QEYDİYYAT
VƏ MİQRASİYA İDARƏSİ

Yeniliklər

Məqsəd vətəndaşlarin məmnunluğudur

12.01.2019

Daxili İşlər Nazirliyi rəhbərliyinin tapşırığı ilə Respublikamızın şəhər və rayonlarında ümumvətəndaş pasportlarının verilməsi və etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi istiqamətində görülən işlər öz müsbət nəticələrini verməkdədir. Belə ki, ölkənin bütün bölgələrində regional şöbələr tərəfindən aparılan xidmət vətəndaşlar tərəfindən məmnunluqla qarşılanır.

Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Cənub (Lənkəran) Bölgəsində Regional Mərkəzi tərəfindən aparılan qüsursuz xidmət sakinlər tərəfindən yüksək qiymətləndirilir. Lənkəran, Lerik, Masallı, Astara, Yardımlı, Cəlilabad, Biləsuvar rayonlarını əhatə edən regional şöbədə sənədlərin qəbulu həftə içi bütün günlər həyata keçirilir. Eyni zamanda mərkəzin əməkdaşları tərəfindən mütəmadi olaraq ətraf rayon və kəndlərdə səyyar xidmət təşkil olunur. Vətəndaşlar elə öz yaşadıqları rayon və kəndlərdə ümumvətəndaş pasportu almaq üçün rahatlıqla müraciət edə bilirlər.

Cənub regional mərkəz tərəfindən 2018-ci il ərzində ümumilikdə 25693 sənəd qəbul edilib. Onlardan 14357-si regional mərkəzdə, 11336-sı isə keçirilən səyyar xidmətlər zamanı qəbul edilib. Qəbul edilən sənədlər ümumvətəndaş pasportunun alınması üçün nəzərdə tutulmuş dövlət rüsumunun məbləğinə uyğun müddətdə (1, 5 və ya 10 iş gününə) hazırlanaraq vətəndaşlara təqdim olunub.
Keçirilmiş tədbirlər zamanı əlil və fiziki qüsurlu insanlar da diqqətdən kənarda qalmır. Belə ki, polis əməkdaşları onların yaşadıqları ünvana gedərək, müvafiq sənədləri qəbul edir və pasport hazır olduqdan sonra onlara təqdim edirlər. Sakinlər onlara göstərilən xidmətlərdən razı qalaraq, öz minnətdarlıqlarını bildirirlər.

Regİonal İdarə və şöbələr ətraflı
Elektron növbəyə yazıl daxİl ol