Azərbaycan respublikası daxİlİ İşlər nazİrlİyİ

BAŞ PASPORT, QEYDİYYAT
VƏ MİQRASİYA İDARƏSİ

Yeniliklər

Xidmətdən vətəndaşlar da razı qalırlar

24.09.2018

Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Şəki regional mərkəzi şimal-qərb bölgəsinin vətəndaşlarını ümumvətəndaş pasportu ilə təmin olunması işini həyata keçirir. Mərkəz Şəkidə yerləşsə də, vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə həftənin bazar ertəsindən şənbə gününə qədər Zaqatala və Balakən, şənbə günü isə Qax rayonuna səyyar xidmətlər təşkil edilir. Cari il ərzində regional mərkəzdə 4810, səyyar xidmətlər zamanı 8238 sənəd toplanılıb.

Vətəndaşların pasport ilə təmin olunması işi şəffaflıq, aşkarlıq prinsipləri əsasında həyata keçirilir. Ümumvətəndaş pasportu ödənilən rüsumun məbləğinə uyğun müddətdə ( 1, 5 və ya 10 iş gününə ) hazırlanır və təqdim olunur. Pasport üçün fotolar regional şöbədə, eləcə də səyyar xidmət zamanı xüsusi biometrik standartlara uyğun şəkildə, ödənişsiz çəkilir. Keçirilmiş tədbirlər zamanı əlil və fiziki qüsurlu insanlar da diqqətdən kənarda qalmır. Polis əməkdaşları onların yaşadıqları ünvana gedir, müvafiq sənədlər toplanılır və pasport hazır olduqdan sonra onlara təqdim olunur. Göstərilən xidmətdən vətəndaşlar da məmnun qalır, əlavə xərc çəkmədən öz rayonlarında sənədlərini asanlıqla ala bildikləri üçün öz minnətdarlıqlarını bildirirlər.

Regİonal İdarə və şöbələr ətraflı
Elektron növbəyə yazıl daxİl ol