Baş pasport, qeydiyyat və miqrasiya idarəsi

Xəbərlərin arxivi
Yeniliklər

Türkiyə Respublikasına gediş-gəliş biometrik şəxsiyyət vəsiqəsi əsasında həyata keçirilir

23.02.2021

Azərbaycan Respublikası və Türkiyə Respublikası vətəndaşlarının qarşılıqlı vizasız gediş-gəlişi Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) 9303 sənədinin tələblərinə cavab verən yeni nəsil biometrik şəxsiyyət vəsiqəsi əsasında həyata keçirilir.

Bu qayda yalnız Türkiyə ilə Azərbaycan arasında birbaşa səfər edən iki ölkə vətəndaşlarına münasibətdə tətbiq olunur. Türkiyə və Azərbaycan ərazisi vasitəsilə üçüncü ölkələrə səfər etmək istəyən vətəndaşlar pasportdan istifadə etməlidir.
Həmçinin, nəzərinizə çatdırmaq istəyirik ki, vətəndaşlar eyni zamanda ümumvətəndaş pasportu vasitəsilə də Türkiyə Respublikasına səfər edə bilərlər.





Çap et  Çap et