Hərbi qulluqçuların qeydiyyata alınması
16.03.2020Hərbi qulluqçular (müddətli hərbi qulluqçulardan başqa) yaşayış yeri üzrə ümumi qaydada qeydiyyata alınırlar. Mənzillə təmin olunmayan hərbi xidmətdə olan hərbi qulluqçular və onların ailə üzvləri mənzillə təmin olunana qədər müvafiq ərazi polis orqanının qeydiyyat və şəxsiyyət vəsiqəsi xidməti tərəfindən hərbi hissə komandanlığının vəsatəti-məktubu əsasında hərbi hissənin yerləşdiyi yer üzrə qeydiyyata alınırlar.