Baş pasport, qeydiyyat və miqrasiya idarəsi

Xəbərlərin arxivi
Yeniliklər

Polislər ucqar dağ kəndinə gəlmişdilər

28.03.2018

Daxili İşlər Nazirliyi rəhbərliyinin tapşırığı ilə ölkəmizin şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər davam etdirilir.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, müəyyən səbəblərdən rayon mərkəzinə gələ bilməyən ucqar yaşayış məntəqələrinin sakinlərinin müraciəti əsasında, eyni zamanda vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə Lerik RPŞ-nin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi bölməsinin əməkdaşları tədbirlərini davam etdirir. Lerikin ən ucqar dağlıq yaşayış məntəqələrindən sayılan və rayon mərkəzindən 70 kilometr uzaqlıqda yerləşən Bürsülüm, Vənədi, Zeynəko və digər ətraf kəndlərin yollarını dağdan gələn sellər yuyub aparmasına baxmayaraq, əməkdaşlarımız bu yolların da çətinliyini keçərək, xidmətini lazımınca yerinə yetirib. Həmin kəndlərdə yaşayan sakinlərlə görüş zamanı ümumilikdə 85 nəfərin sənədlərini qəbul edilib.

​İlin, günün bu vədəsində Lerikin ən ucqar dağlıq yaşayış məntəqələrindən sayılan və rayon mərkəzindən 70 kilometr uzaqlıqda yerləşən Bürsülüm, Vənədi, Zeynəko və digər ətraf kəndlərin yollarını dağdan gələn sellər yuyub, palçığa bürüyür. Hətta “Niva”, “UAZ” kimi maşınlar da bu yolları çətinliklə gedir. Amma polis əməkdaşları bu yolların da çətinliyini keçərək, xidmətini lazımınca yerinə yetirib, həmin kəndlərdə yaşayan sakinlərlə görüş zamanı ümumilikdə 85 nəfərin sənədləri qəbul edilib.

Tədbir zamanı ahıl yaşlı, əlil və fiziki qüsurlu insanlar da diqqətdən kənarda qalmayıb. Polis əməkdaşları 16 sakini yeni şəxsiyyət vəsiqəsi ilə təmin etmək üçün onların yaşadıqları ünvanlara gedərək müvafiq sənədləri toplayıblar.
Analoji tədbirlər digər kəndlərdə də davam etdirəcək






Çap et  Çap et