Naxçıvan Muxtar Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi (dəyişdirilməsi) üçün Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində (ünvan: Bakı şəhəri R.Behbudov küçəsi 130) bazar ertəsi-cümə günləri saat 09:00-dan 18:00-dək, şənbə günü isə saat 09.00-dan 13:00-dək səyyar xidmət göstərilir.
Bunun üçün DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə 012-590-64-31 və 012-590-64-43 saylı telefon nömrələrinə hər gün saat 09:00-dan 18:00-dək zəng edərək əvvəlcədən qeydiyyatdan keçməklə razılaşdırılmış vaxtda qəbul üçün xüsusi nömrə əldə edilməlidir.