Ölçü:
Rəng:
Şəkillər:
AZ EN RU

Saytın əsas versiyası

Baş səhifə » Dövlət xidmətləri » Rüsum və cərimənin elektron ödənişi

Hökumət Ödəniş Portalı vasitəsilə ümumvətəndaş pasportu, şəxsiyyət vəsiqəsi ilə bağlı rüsumları və cərimələri elektron formada ödəyə bilərsiniz.

Ödəniş etməyin qaydası 

1. Hökumət Ödəniş Portalına daxil olun;

2. Əgər seçilməyibsə, müəssisələrdən "Daxili İşlər Nazirliyi" seçin;

3. Şəxsiyyət vəsiqəsinin seriya nömrəsini və aşağıda göstərilən təhlükəsizlik kodunu daxil edin;

4. Yeni səhifədə adınıza cərimələrin olub-olmadığını görəcəksiniz. Bu səhifədə "Avans" sözünün üzərinə basın;

5. Açılacaq pop-up pəncərədə bütün rüsumların siyahısı görünəcək. Oradan sizə uyğun olanı seçin və "Əlavə et" düyməsinə basın;

6. Daha sonra əvvəlki səhifədə ödəməli olduğunuz məbləğ görünəcək;

7. "Tam Ödəniş" düyməsini basıb, ödənişi edə bilərsiniz.

Geriyə