-
Sənədin sahibini tapa bilmədiyiniz halda, onu vermiş dövlət orqanına və ya yaxınlıqdakı istənilən polis şöbəsinə təhvil verməlisiniz.
-
Qeydiyyatınızdan asılı olmayaraq, Bakıda Baş Pasport İdarəsinə, həmçinin Gəncə, Naxçıvan, Şəki, Lənkəran, Göyçay, Bərdə, Şirvan, Quba, Şamaxı şəhərlərindəki regional şöbələrimizin istənilən birində müraciət edə bilərsiniz.
-
Hər iki valideyn öz şəxsiyyət vəsiqələri, uşağın şəxsiyyət vəsiqəsi və doğum şəhadətnaməsi ilə Baş Pasport İdarəsinə müraciət etməlidir. Valideynlərdən biri gələ bilmədiyi halda notarial qaydada təsdiq olunmuş razılığını digər valideynə verməlidir.
-
- 25, 35, 50 yaşına çatdıqda;
- Vətəndaşın soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi vəzifəsi dəyişildikdə;
- Sənəddə olan yazılar təhrif edildikdə;
- Sənəd yararsız hala düşdükdə və ya itdikdə.
-
Qanunda şəxsiyyət vəsiqəsinin ən geci 10 günə verilməsi nəzərdə tutulub, amma daha tez almaq ehtiyacı yaranarsa, 5 günə də verilə bilər.
-
Siz pasportunuzu dəyişdirmək üçün həmin ölkədəki Azərbaycan səfirliyinə və konsulluğuna müraciət edə bilərsiniz. Şəxsiyyət vəsiqəsini isə Azərbaycanda qeydiyyatda olduğunuz yer üzrə ərazi polis orqanında dəyişdirməlisiniz.
-
Xarici pasportunuz etibarlıdırsa və pasporta vurulan şəkil çox köhnə deyilsə (uşaq tanınırsa), istifadə edə bilərsiniz. Şəkildə uşaq tanınmırsa, onun üçün ayrıca ümumvətəndaş pasportu almalısınız.
-
Hər bir vətəndaş ümumvətəndaş pasportu almaq üçün müraciət edərkən özü şəxsən iştirak etməli, eləcə də hazır pasportu əməkdaşlardan özü təhvil almalıdır.
-
Bu halda ümumvətəndaş pasportunu dəyişdirməyə ehtiyac yoxdur. Pasport vətəndaşın adı, soyadı, atasının adı dəyişdirildikdə və ya üzərindəki yazılarda dəqiqsizlik müəyyən olduqda, yararsız hala düşdükdə dəyişdirilməlidir.
-
Doğum haqqında şəhadətnamənin harada verilməsindən asılı olmayaraq, şəxsiyyət vəsiqəsi almaq üçün valideynlərdən biri qeydiyyat üzrə ərazi polis orqanına müraciət etməlidir.
-
15- 18 yaşlı vətəndaşlarımız xarici ölkəyə tək gedə bilərlər, lakin ümumvətəndaş pasportu ilə yanaşı hər iki valideynin notarial qaydada təsdiq olunmuş razılığını da təqdim etməlidilər.