Azərbaycan respublikası daxİlİ İşlər nazİrlİyİ

BAŞ PASPORT, QEYDİYYAT
VƏ MİQRASİYA İDARƏSİ

Yeniliklər

Şəxsiyyət vəsiqəsinin dövlət rüsumları

15.08.2022

Şəxsiyyət vəsiqəsi vətəndaşın “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ödədiyi dövlət rüsumunun məbləğinə müvafiq olaraq həmin qanunda nəzərdə tutulmuş müddətdə verilir və ya dəyişdirilir.

Şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə dövlət rüsumu:
10 gün müddətində verildikdə və ya dəyişdirildikdə - 5 AZN
3 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə - 50 AZN
1 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə - 70 AZN

Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə dövlət rüsumu:
10 iş günü müddətində verildikdə - 30 AZN
3 iş günü müddətində verildikdə - 70 AZN
1 iş günü müddətində verildikdə - 90 AZN

15 yaşı tamam olmamış Azərbaycan Respublikasının vətəndaşına şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödənilən dövlət rüsumları:
10 gün müddətində verildikdə və ya dəyişdirildikdə - 5 AZN
3 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə - 25 AZN
1 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə - 30 AZN

Regİonal İdarə və şöbələr ətraflı
Elektron növbəyə yazıl daxİl ol