Azərbaycan respublikası daxİlİ İşlər nazİrlİyİ

BAŞ PASPORT, QEYDİYYAT
VƏ MİQRASİYA İDARƏSİ

Yeniliklər

Naxçıvan Muxtar Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan vətəndaşların nəzərinə!

15.04.2022

2022-ci ilin 02 may tarixindən etibarən Naxçıvan Muxtar Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi (dəyişdirilməsi) üçün Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində (ünvan: Bakı şəhəri R.Behbudov küçəsi 130) bazar ertəsi-cümə günləri saat 09:00-dan 18:00-dək, şənbə günü isə saat 09.00-dan 13:00-dək səyyar xidmət göstəriləcəkdir.

Bunun üçün 25 aprel tarixindən etibarən DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə 012-590-64-31 və 012-590-64-43 saylı telefon nömrələrinə hər gün saat 09:00-dan 18:00-dək zəng edərək əvvəlcədən qeydiyyatdan keçməklə razılaşdırılmış vaxtda qəbul üçün xüsusi nömrə əldə edilməlidir.


Regİonal İdarə və şöbələr ətraflı
Elektron növbəyə yazıl daxİl ol