Pasportu xarici ölkədə itirsəniz konsulluğa müraciət edin!
04.06.2019Vətəndaş ümumvətəndaş pasportunu xarici ölkədə itirərsə, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və ya konsulluğuna müraciət etməlidir. Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə birlikdə vətəndaşı Azərbaycan Respublikasına qayıtmaq hüququ verən sənədlə təmin edirlər.