Azərbaycan respublikası daxİlİ İşlər nazİrlİyİ

BAŞ PASPORT, QEYDİYYAT
VƏ MİQRASİYA İDARƏSİ

Yeniliklər

İstisna hallarda iki iş gününə verilir

13.03.2019

Ümumvətəndaş pasportu Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxsin (şəxslərin) təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi, ölümü ilə bağlı hallarda iki iş günü müddətində verilə bilər. Bu zaman müvafiq təsdiqedici sənədlər tələb olunur:

- Təcili olaraq müalicə olunma zərurətini təsdiq edən səhiyyə orqanının məktubu;
- Təcili olaraq müalicəyə qəbul edilməsinin zəruriliyi barədə xarici ölkənin tibb müəssisəsinin məktubu (eyni zamanda xəstənin yaşayış yeri üzrə tibb müəssisəsinin tibbi rəyi də təqdim olunmalıdır);
- Qohumunun ağır xəstəliyi və ya ölümü faktını təsdiq edən xarici ölkənin tibb müəssisəsinin arayışı.

Regİonal İdarə və şöbələr ətraflı
Elektron növbəyə yazıl daxİl ol