Azərbaycan respublikası daxİlİ İşlər nazİrlİyİ

BAŞ PASPORT, QEYDİYYAT
VƏ MİQRASİYA İDARƏSİ

Yeniliklər

Uşaqlar dolğulduğu gündən etibarən ümumvətəndaş pasportuna sahib ola bilərlər

30.03.2018

Ümumvətəndaş pasportu 1 yaşınadək uşaqlar üçün 1 illik, 1-3 yaşlı uşaqlar üçün 3 illik, 3-18 yaşlı vətəndaşlara 5 illik müddətə verilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 18 yaşına çatmayan şəxslərə ümumvətəndaş pasportu verilməsi üçün dövlət rüsumu aşağıdakı kimi müəyyən edilmişdir:  


1 yaşınadək uşaqlara verilən pasportun etibarlılıq müddəti 1 ildir və dövlət rüsumları belədir: 

10 iş gününə – 10 manat;
5 iş gününə – 20 manat;
1 iş gününə – 40 manat.


1-3 yaşlı uşaqlara verilən xarici pasportun etibarlılıq müddəti 3 ildir. Dövlət rüsumu aşağıdakı kimidir:  

10 iş gününə – 20 manat;
5 iş gününə – 40 manat;
1 iş gününə – 80 manat.


3-18 yaşlı vətəndaşlara verilən pasportun etibarlılıq müddəti 5 ildir və dövlət rüsumları belədir:

10 iş gününə – 30 manat;
5 iş gününə – 60 manat;
1 iş gününə – 120 manat.   

Regİonal İdarə və şöbələr ətraflı
Elektron növbəyə yazıl daxİl ol