Azərbaycan respublikası daxİlİ İşlər nazİrlİyİ

BAŞ PASPORT, QEYDİYYAT
VƏ MİQRASİYA İDARƏSİ

Yeniliklər

Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəsmi “Facebook” səhifəsi fəaliyyətə başlayıb.

20.04.2015

“Facebook” sosial şəbəkəsində yeni səhifənin yaradılmasında əsas məqsəd BPQMİ-nin həyatında baş verən yeniliklər, Baş İdarənin və regional şöbələrin fəaliyyəti, iş prinsipləri barədə vətəndaşları ətraflı və dolğun şəkildə məlumatlandırmaq, onların sual, təklif və şikayətlərini operativ surətdə cavablandırmaqdır.

Baş İdarənin “Facebook” səhifəsi fəaliyyət göstərdiyi qısa müddətdə İnternet istifadəçiləri tərəfindən maraqla qarşılanıb. Bir neçə həftə ərzində səhifəyə qoşulanların sayı 3 mini ötüb. Vətəndaşlardan daxil olan 100-ə yaxın sual aidiyyəti əməkdaşlar tərəfindən cavablandırılıb.

Baş İdarənin rəsmi “Facebook” səhifəsi bütün bu məsələlərlə bağlı sual və müraciətlər üçün açıqdır. Səhifəyə aşağıdakı keçid vasitəsilə qoşulmaq olar: https://www.facebook.com/bpqmi

Regİonal İdarə və şöbələr ətraflı
Elektron növbəyə yazıl daxİl ol