Azərbaycan respublikası daxİlİ İşlər nazİrlİyİ

BAŞ PASPORT, QEYDİYYAT
VƏ MİQRASİYA İDARƏSİ

Yeniliklər

Qusar rayonunda Şahdağ Qış-Yay Turizm Kompleksinin də daxil olduğu yeni ərazi polis bölməsi yaradılıb.

21.08.2015

Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə Qusar rayonunda ictimai qaydanın qorunmasının, ictimai təhlükəsizliyin təmin edilməsinin səmərəsini artırmaq və vətəndaşların polisə müraciətlərini asanlaşdırmaq məqsədi ilə yeni ərazi polis orqanı yaradılıb. Rayon mərkəzindən uzaqlığını nəzərə alaraq, Şahdağ Qış-Yay Turizm Kompleksinin də daxil olduğu ərazi polis bölməsinə Zindan-Muruq, Kuzun, Aladaş və Ləzə kəndləri də daxildir. Avqustun 21-də həmin ərazidə inşa edilmiş ən müasir standartlara uyğun inzibati binanın açılışı olub. Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov tədbirdə iştirak edib, tapşırıq və tövsiyələrini verib.

Regİonal İdarə və şöbələr ətraflı
Elektron növbəyə yazıl daxİl ol