35 yaşadək kişilər hərbi bilet təqdim edir
09.06.201718-35 yaş arası kişilər ilk dəfə xarici pasport almaq, yaxud pasportu dəyişdirmək üçün müraciət edərkən şəxsiyyət vəsiqəsi ilə yanaşı, hərbi bilet təqdim etməlidirlər. Hərbi bilet olmadığı halda onu təhkim şəhadətnaməsi (ağ bilet) əvəz edə bilər.
Qeyd edək ki, xarici pasportla bağlı Baş Pasport İdarəsi və regional şöbələrində həftənin bütün günləri, Nizami RPi-də isə həftə içi və şənbə günləri müraciətləriniz qəbul olunur.