Baş pasport, qeydiyyat və miqrasiya idarəsi

Xəbərlərin arxivi
Yeniliklər

Qaradağ, Buzovna, Nardaran, Xəzər, Maştağa və yaxın ərazilərin sakinlərinin nəzərinə.

14.04.2016

Hər həftə təşkil olunan səyyar xidmətlərimizə müraciət etməklə, uzağa getmədən xarici pasport sahibi ola bilərsiniz. 
Buzovna və Nardaran qeydiyyatında olan vətəndaşlarımız şəxsiyyət vəsiqəsi almaq və ya dəyişdirmək üçün də müraciət edə bilərlər. Qeyd edək ki, sənədlər qadın əməkdaş tərəfindən qəbul ediləcək.

Səyyar xidmətin qrafiki aşağıdakı kimidir: 

*Qaradağ rayonu, hər həftənin 1-ci və 4-cü günləri, Rayon Polis İdarəsində, saat 10:00-17:00

*Buzovna qəsəbəsi, hər həftənin 2-ci günü, İcra Nümayəndəliyində, saat 10:00-17:00 (Həm şəxsiyyət vəsiqəsi, həm də xarici pasport almaq istəyənlər müraciət edə bilər)

*Nardaran qəsəbəsi, hər həftənin bazar günü, 42-ci polis şöbəsində, saat 10:00-17:00
(Həm şəxsiyyət vəsiqəsi, həm də xarici pasport almaq istəyənlər müraciət edə bilər)

*Xəzər rayonu, hər həftənin 3-cü günü, Rayon Polis İdarəsində, saat 10:00-17:00. Mərdəkan, Şüvəlan, Binə, Bilgəh və s. bütün yaxın ərazilər müraciət edə bilər.

*Maştağa qəsəbəsi, Xanlar küç.11, hər həftənin 6-cı günü, saat 10:00-17:00. Mərdəkan, Şüvəlan, Binə, Bilgəh və s. bütün yaxın ərazilər müraciət edə bilər.

 





Çap et  Çap et