Baş pasport, qeydiyyat və miqrasiya idarəsi

Xəbərlərin arxivi
Yeniliklər

Vətəndaşlara xidmət göstərəcək yeni əməkdaşlara treyninqlərin keçirilməsinə başlanılıb.

16.02.2016

15 fevralda Daxili İşlər Nazirliyində “ASAN Xidmət” mərkəzlərində vətəndaşlara xidmət göstərəcək şəxslərin püşkatma yolu ilə vəzifələrə təyin olunmalarına həsr edilmiş tədbir keçirilib. Püşkatmada iştirak edən 91 şəxsdən 60 şəxs vakant yerlərə təyin olunub.

Müsabiqə barədə DİN-in İnternet saytında, KİV-lərdə elanlar verildikdən sonra 1 ay müddətində qadın namizədlərin qeydiyyatı həyata keçirilib və həmin müddətdə 817 şəxs xidmətə qəbul üçün müraciət edib.

16 fevral tarixindən etibarən isə Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində işə yeni başlayan əməkdaşlara nəzəri və praktiki biliklərin aşılanması üçün treyninqlərin keçirilməsinə başlanılıb.

 





Çap et  Çap et