Baş pasport, qeydiyyat və miqrasiya idarəsi

Xəbərlərin arxivi
Yeniliklər

BPQMİ-nin Şamaxıda yeni regional mərkəzi vətəndaşların xidmətinə verilib.

03.08.2015

Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi regionlarda yaşayan vətəndaşlarımıza ümumvətəndaş pasportunun verilməsini rahatlaşdırmaq üçün daha bir regional mərkəzini vətəndaşlarına xidmətinə verdi. Şamaxı rayonunda avqustun 3-dən etibarən fəaliyyətə başlayan mərkəzə Şamaxı ilə yanaşı, Ağsu, İsmayıllı, Qobustan sakinləri, həmçinin qeydiyyatda olduğu yerdən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı müraciət edə bilər.

Qeyd edək ki, BPQMİ-nin Şamaxıdan əlavə, Gəncə, Naxçıvan, Şəki, Lənkəran, Göyçay, Bərdə, Şirvan və Quba şəhərlərində də regional mərkəzləri fəaliyyət göstərir. 





Çap et  Çap et