Azərbaycan respublikası daxİlİ İşlər nazİrlİyİ

BAŞ PASPORT, QEYDİYYAT
VƏ MİQRASİYA İDARƏSİ

Yeniliklər

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Şəki Şəhər RPŞ-də növbəti qəbul keçirib.

05.09.2015

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri Ramil Usubov sentyabrın 5-də Şəki Şəhər Rayon Polis Şöbəsində növbəti qəbul keçirib.

Şəki, Qax, Zaqatala, Balakən, Qəbələ, Oğuz şəhər və rayonlarının qəbul üçün müraciət edən sakinlərin, eyni zamanda, bölgədə məskunlaşmış qaçqın və məcburi köçkünlərin bir qrupu ilə görüşən nazir onları narahat edən problemlərin qanunvericiliyə uyğun və operativ şəkildə həlli üçün konkret tapşırıqlar verib. Polis fəaliyyəti ilə bağlı olan müraciətlərin əksəriyyəti elə yerindəcə öz həllini tapıb, digərlərinin aidiyyəti qurumlara göndəriləcəyi diqqətə çatdırılıb.

Bununla yanaşı, kütləvi informasiya vasitələrində öncədən verilmiş elanlara uyğun olaraq, həmin şəhər və rayonlarda yaşayan, polisin sıravi və kiçik rəis heyəti vəzifələrində, Daxili Qoşunların sıralarında xidmət etmək istəyən 230 gənc də qəbulda iştirak edib. Onların arasından xidmətə daha hazırlıqlı olan 40 namizəd seçilərək sənədlərinin hazırlanması üçün aidiyyatı baş idarələrin rəhbərlərinə müvafiq göstəriş verilib.

Regİonal İdarə və şöbələr ətraflı
Elektron növbəyə yazıl daxİl ol